Pentaqon İsraillə bağlı kəşfiyyat məlumatlarının sızmasına münasibət bildirib

DÜNYA 23 oktyabr 2024, 20:00
Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, onun katibliyindən heç kim İsrailin İrana hücuma hazırlığı ilə  bağlı Amerika kəşfiyyatının sızması ilə bağlı araşdırmada iştirak etmir.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.

Ostin hər hansı Pentaqon rəsmisinin əlavə araşdırmaya məruz qalacağına dair heç bir dəlil görmədiyini bildirib.

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru  Con Kirbi bildirib ki,  ABŞ prezidenti  Co Bayden İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının məxfi məlumatlarının sızmasından narahatdır.

Oktyabrın 20-də Amerikanın CNN telekanalı ABŞ-ın   15 və 16 oktyabr tarixli sənədlərin sızması ilə bağlı araşdırma apardığını bildirib.



Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top