Türkiyədə məşhur aktyor vəfat etdi

ŞOU-BİZNES 23 oktyabr 2024, 23:14
Türkiyədə məşhur aktyor Tekin Temel dünyasını dəyişib.

Yeniavaz.com “Anadolu” Agentliyinə istinadla xəbər verir ki. aktyor 56 yaşında vəfat edib.

Məlumata görə, “Bir Yemin Ettim” serialı ilə ekranlara qayıtmağa hazırlaşan uğurlu aktyor bu gün səhər saatlarında infarktdan dünyasını dəyişib.

Daha əvvəl infarkt keçirdiyi və ürəyinə stent qoyulduğu bildirilən Tekin Temeli xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tekin Temel “Ezel”, "Güz gülleri”, “Abuzer Kadayıf”, “Acı Həyat”, “Beğen Bitmesin” və “Veda” kimi bir çox məşhur serial və filmlərdə rol alıb.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top