Bəzi bölgələrdə şəkər tozu TAPILMIR — “Daha iki ay belə davam etsə...”

GÜNDƏM 23 iyun 2025, 23:11
Ölkənin bəzi bölgələrində son günlər şəkər tozu qıtlığı yaşanır. Tovuz və qonşu rayonların kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır.

Cəmi bir marketdə şəkər tozu yalnız 50 kq-lıq kisələrdə satılır. Bu da alıcıların büdcələrinə uyğun gəlmir. Satıcılar da şəkər tozunun nə vaxt gələcəyindən xəbərsizdirlər. Onların sözlərinə görə, hər üç müştəridən ikisi şəkər tozu istəyir. Şirkətlər isə mağazalara  yaxın günlərdə şəkər tozunun gələcəyini bildiriblər. Məhsulun qiymətində isə hələki artım müşahidə olunmayıb.

Səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qıtlıq ölkə üzrə yox, bəzi böıgələrdədir:
 
“Ona görə də ümumi qıtlığın yaranmasından danışmaq tezdir. Bu qıtlıq daha çox mövsümlə bağlıdır. Bildiyimiz kimi, yay aylarında ənənəvi olaraq şəkər istehlakı artır. Bu da onunla bağlıdır ki, insanlar fərdi qaydada qış tədarükü görür, mürəbbə, kompot və diğər məhsullar hazırlayırlar.

Artan tələbatsa bəzi hallarda qıtlıq yaradır. Ona görə də bəzi bölgələrdəki qıtlığı daha çox bununla əsaslandırmaq olar. Bu vəziyyyət yaxın bir-iki ayda davam edə bilər. Əgər sonrakı aylarda da bu qıtlıq davam edərsə, o zaman məsələyə başqa rakursdan yanaşmaq olar”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top