AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü

DÜNYA 23 iyun 2025, 23:21
Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top