İsrail Müdafiə Qüvvələri Tehran sakinlərinə çağırış edib

DÜNYA 23 iyun 2025, 20:23
İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığı Tehran sakinlərini hərbi obyektlərə yaxınlaşmamağa çağırıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin fars dilində fəaliyyət göstərən “X” hesabında paylaşım edilib.

Bu çağırış Tehranda yaşayanların şəxsi təhlükəsizliyi ilə izah edilib:

“Şəxsi təhlükəsizliyiniz üçün sizdən silah istehsalı müəssisələri, hərbi qərargahlar və təhlükəsizlik qüvvələrinə aid strukturların binalarına yaxınlaşmamağa çağırırıq”, - paylaşımda bildirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top