Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edilib

DÜNYA 23 iyun 2025, 19:56
Səfirliyimizin əməkdaşları bu gün yenidən “Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.

APA xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.

"Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq", - qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top