İranın Baş Qərargah rəisi Musəvi Trampın hücum qərarının səbəbini açıqladı

DÜNYA 23 iyun 2025, 21:34
"ABŞ-nin İrana qarşı son hücumu "birbaşa hücum"dur və Tehran cavab vermək haqqını özündə saxlayır".

Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Tramp bu hücumla bütün beynəlxalq hüquq normalarını və razılaşmaları pozub və ciddi səhvə yol verib. Trampın bu addımı çarəsizlikdən qaynaqlanır və İsraili xilas etməyə yönəlib" , - deyə o vurğulayıb.

Musəvi Birləşmiş Ştatların bu xətasına uyğun bir şəkildə qəti olaraq cavab veriləcəyini söyləyib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri İranın nüvə proqramının üç əsas obyektinə - Natanz, Fordo və İsfahana zərbələr endirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top