Ərdoğan Kazan səfərini yarımçıq qoyub Türkiyəyə qayıdır — KİV

DÜNYA 23 oktyabr 2024, 23:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

Bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı da öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top