Bakıda dəhşət: Aktyor və arvadı qətlə yetirildi

KRİMİNAL 23 oktyabr 2024, 09:50
Bakının Nəsimi rayonunda 1939-cu il üzrə İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il üzərinə Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat haqqında məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. "Qafqazinfo" yazıb ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb. 85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top