Noyabrda otellərin qiyməti qalxacaq? — İqtisadçıdan AÇIQLAMA

GÜNDƏM 23 oktyabr 2024, 15:57
 Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxınlaşır. On minlərlə qonaq ölkəmizə gələcək, paytaxt Bakıya axın olacaq. Bu dövr üçün kirayə evlərin qiymətinin artacağı ehtimal edilir. Maraqlıdır, tədbirin keçirildiyi müddətdə otellərdə də bahalaşma gözlənilirmi?

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında noyabr ayı üçün otellərin qiymətlərinin çoxdan qaldırıldığını deyib:

“Hazırda Bakıda boş otel yoxdur. Hamısı bir neçə ay əvvəldən, hətta ilin əvvəlindən bron edilib. Dövlət tərəfindən qonaqları yerləşdirmək üçün otel otaqları rezerv edilib. Bundan başqa Bakıda otellərin tutumu ümumilikdə  20-22 min yerlikdir. Azərbaycana 50 min civarı qonaq gələcəyi gözlənilir. 32 min qonaq akkreditasiyadan keçib. Bu, Dubaydakından azdır, təbii, Dubayla Bakını müqayisə etmək düzgün olmazdı. Əlavə olaraq qonaqlar evlərdə, mənzillərdə də yerləşdiriləcəklər. Bunun üçün MİDA-da, Sea Breeze-də mənzillərin inşası sürətlə yekunlaşdırılır ki, qonaqları yerləşdirmək mümkün olsun.  3 ulduzlu otellərdə belə həmin tarixlər üçün qonaqlamanın qiyməti 300-500 dollardır. Noyabrda artıq boş otel, mənzil qalmayacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top