Bakıda küçədə 2 “bomj” öldü

KRİMİNAL 21 oktyabr 2024, 12:17
Dünən Bakıda küçədə 2 nəfərin meyiti tapılıb.

Demokrat.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, oktyabrın 20-si saat 09 radələrində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ev 4/6-nın qarşısında naməlum kişi cəsədi tapılıb. Ölən şəxsin 1977-ci il təvəllüdlü R.Anatoliyeviç olması müəyyən edilib.

Oxşar hadisə dünən saat 06 radələrində Yasamal rayonunda baş verib. Şamil Əzizbəyov küçəsi ev 68-in qarşısında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Onun 1970-ci il təvəllüdlü A.Rzayev olması müəyyənləşib.

Bildirilib ki, hər iki şəxs evsiz olub və tüfeyli həyat tərzi sürüblər.

Onların havaların soyuması ilə keçirdikləri ağır xəstəliklərin nəticəsində həyatlarını itirməsi ehtimal edilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top