Türk oyunçu 185 milyon dollar maaş alacaq — Türkiyə tarixinə düşdü

İDMAN 22 oktyabr 2024, 12:54
Amerika Milli Basketbol Liqasının (NBA) "Hyuston Rockets" klubunda çıxış edən türk basketbolçu Alperen Şengün Türkiyənin idman tarixinə düşəcək yeni müqavilə imzalamağa hazırlaşır. 

Demokrat.az
"Hürriye"ə istinadən xəbər verir ki, "Houston Rockets" ilə müqaviləsi başa çatmaq üzrə olan Alperen Şengün astronomik maaşla yeni sözləşmə imzalamağa razılaşıb. Məlumata görə, basketbolçu 5 illik müqavilə imzalayacaq ə "Hyuston Rockets" ona ümumlikdə 185 milyon dollar ödəyəcək.

Bu müqavilənin rəsmiləşməsi ilə o, ən uğurlu türk oyunçu olacaq və Türkiyə idman tarixinə ən çox qazanan idmançı kimi düşəcək. İndiyədək Ömər Aşık ən böyük müqaviləni imzalayan türk idmançı idi. "New Orleans Pelicans" ona 5 illik müqavilə üçün 60 milyon dollar ödəişdi.

NBA-da çıxış edən Türkiyə millisinin digər üzvü Hidayət Türkoğlu ilə "Toronto Raptors"la 5 illik 53 milyon dollarlıq müqavilə imzalanmışdı. Digər türk basketbolçulardan Mehmet Okur 2010-2012-ci illər arasında "Utah Jazz" ilə 2 il müddətinə 21 milyon dollarlıq anaşmaya imza atmışdı. Ersan İlyasova isə 5 il ərzində 40 milyon, Cedi Osman isə 4 il ərzində 31 milyon dollar qazanıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 14:35
22 oktyabr 2024, 14:02
Top