Boksçumuz Avropa ikincisi oldu

İDMAN 20 oktyabr 2024, 18:55
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib. socar vakansiya

Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top