Arda Gülərin "Real"da oynamamasının səbəbi açıqlandı — ŞOK İDDİA

İDMAN 21 oktyabr 2024, 14:31
Türkiyə millisinin üzvü Arda Gülərin "Real Madrid"də meydana çıxma müddəti müzakirə mövzusu olaraq qalır. 19 yaşlı futbolçu "Selta" ilə son matçda da meydana çıxmayıb. İndi İspaniya mediası bunun səbəbi ilə bağlı yeni iddia səsləndirib. 

Demokrat.az
xəbər verir ki, "Relevo" qəzeti baş məşqçi Karlo Ançelottibnin Arda Gülərin müdafiədə zəif olduğunu düşündüyünü yazıb.

Qəzetin iddiasına görə, italiyan mütəxəssis Arda Gülərin performansındakı eniş-yoxuşların onun oyun müddətinə təsir etdiyinə inanır və müdafiə baxımından gənc ulduzdan daha çox gözləntiləri olduğunu düşünür.

Qeyd edək ki, La Liqanın 10-cu həftəsində "Real Madrid" səfərdə "Selta" ilə qarşılaşıb. Oyun Madrid klubunun 2:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını Kilian Mbappe və Vinisius Junior vurub. Arda Gülər meydana çıxmayıb,

Bu mövsüm "Real Madrid"lə cəmi 10 matçda forma geyinən Arda Gülər ​​cəmi 291 dəqiqə meydanda qalıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top