“Qarabağ” – “Ayaks” oyununun hakimləri bəlli oldu

İDMAN 22 oktyabr 2024, 12:36
Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III tur oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Demokrat.az-ın məlumatına görə, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.

Ona Graeme Stewart və Calum Spence köməklik göstərəcək. Dörtdüncü hakim funksiyasını Christopher Graham yerinə yetirəcək. VAR-da Kevin Clancy, AVAR-da John Beaton əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 14:35
22 oktyabr 2024, 14:02
Top