Qızılın qiymətində yeni rekord

İQTİSADİYYAT 17 oktyabr 2025, 09:13
Qızılın qiyməti rekord qırıb – bir unsiya 4350 dolları keçib.

Demokrat.az xəbər verir ki, “Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4350 dollar həddini keçərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Bakı vaxtı ilə saat 02:00-a olan məlumata əsasən, qiymətli metalın bir unsiyasının qiyməti 4354 dollar təşkil edib ki, bu da 2,5% artım deməkdir.

Lakin Bakı vaxtı ilə saat 02:05-də qızılın qiyməti bir qədər geriləyərək 4352,2 dollara düşüb (2,46% artım).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 23:56
17 oktyabr 2025, 20:21
Top