Bu qaydaya dəyişiklik edildi

SİYASƏT 22 oktyabr 2024, 12:18
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi qaydası dəyişir.

Bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri parlament sədrinin təqdimatı əsasında azı 63 deputatın səs çoxluğu ilə seçilir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 14:35
22 oktyabr 2024, 14:02
Top