Bakıda məktəbin hasarı uçdu — Tədris dayandırıldı

HADİSƏ 22 oktyabr 2024, 11:52
Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Demokrat.az
xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 14:35
22 oktyabr 2024, 14:02
Top