Yağış suyunda boğulmuş bir nəfərin meyiti tuneldən çıxarılıb — FHN

HADİSƏ 22 oktyabr 2024, 15:22
Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 16:37
Top