Gömrükdə xidmətə qəbulla bağlı YENİ QAYDA

SİYASƏT 22 oktyabr 2024, 17:00
Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.

Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top