Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra cənub sərhədlərinə həyat qayıtdı — Politoloq

GÜNDƏM 22 oktyabr 2024, 19:10
İranla sərhədlərimizin tam nəzarətə götürülməsindən 30 il ötür. 

Mövzu haqqında politoloq Turan Rzayev Demokrat.az-a açıqlama verib. Onun sözlərinə görə, otuz ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasını əhatə edən bölgələrdə separatçılar fəaliyyət göstərirdilər:

"Bu ərazilər de-fakto Azərbaycanın nəzarətində deyildilər. Bu, təbii olaraq şimal-cənub nəqliyyatı istiqamətində ciddi itkilərə səbəb olurdu. Həmin ərazilərdən keçən su ehtiyatlarımızın qarşısı alınırdı. Dövlətlərarası sərhədin işğal altında olması həmin ölkə üçün ciddi iqtisadi itkilər yaradır"


Politoloqun sözlərinə görə, Azərbaycan bu əməliyyatlar fonunda faktiki olaraq İranla sərhədi bərpa etdi. Bu iki ölkə arasında müsbət hadisə olmalı idi:

"Təəssüf ki, biz İranın sonrakı dövrdə Azərbaycanla bağlı ritorikasında "qırmızı xətt" sözünü işlətdik. Yəni, regionun siyasi xəritəsinin dəyişilməzliyini vurğuladığını qeyd etdik. Amma otuz ildir ki, regionun siyasi xəritəsi onsuz da dəyişmişdi. İran buna səssiz qalmışdı. İran özünü İslam dövləti sayırdı. İşğal olunan torpaqlar da yüz illərdir İslam torpağı idi. İran buna reaksiya verməyib, Azərbaycanın torpaqlarını azad etməsinə reaksiya verdi. Azərbaycan cənub qonşusu İrana baxmayaraq, torpaqlarını işğaldan azad etdi. Azərbaycan əraziləri bərpa edir. Dəmiryolları, yollar, infrastrukturlar yenilənir, hava yolları bərpa edilir. Azərbaycan torpaqlarını işağaldan azad etdikdən sonra cənub sərhədlərinə həyat qayıtdı".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top