Politoloq: "Azərbaycan İranı mürəkkəb vəziyyətdən xilas etdi"

GÜNDƏM 22 oktyabr 2024, 19:35
Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 4 il ötür.Sərhədin tam bərpası 2020-ci il oktyabrın 21-i Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə başa çatıb. 
İranla sərhədlərimizin tam nəzarətə götürülməsinin bizim üçün əhəmiyyəti olduqca böyük idi.


Politoloq Aydın Quliyev Demokrat.az-a bildirib ki, İranla Azərbaycan arasında dövlət sərhədlərinin çəkilməsi tarixi hadisədir:

"Çünki Azərbaycan müstəqilliyini elan edəndən dərhal sonra İranla sərhəd ərazilərimiz işğal edilmişdi. Azərbaycan müstəqil olduqdan sonra İranla sərhəd yaradılmadan ermənilər tərəfindən işğal edildi. Təəssüf ki, bu, işğal faktına qonşu İran lazımlı cavabı vermədi. Hətta, müəyyən mənada Ermənistanın işğalı səbəbindən yaradılan sərhədlər açıq qalmışdı. İran sərhədləri adlandırmaqda da aciz vəziyyətə düşmüşdü. Ərazi Azərbaycanın olsa da, ermənilər bölgəni işğal etmişdi. Otuz ildən sonra Azərbaycan-İran sərhədlərinin bərpa olması bizim üçün suverenliyin həmin ərazilərdə bərpa edilməsi demək idi".

Politoloq qeyd edib ki, İranın özü də qeyri-müəyyən vəziyyətdən xilas oldu:

"O zamana qədər İran həmin sərhədlərə Azərbaycanla sərhəd deyə bilmirdi. Ermənistanla sərhəd olduğunu isə deməyə çəkinirdi. Azərbaycan İranı mürəkkəb bir vəziyyətdən xilas etdi. Ancaq Azərbaycan hər zaman bu sərhədlərə Azərbaycanla sərhəd deyilməsinin tərəfdarı idi. Təəssüf ki, İran bu sərhədin adını otuz ildən sonra düzgün adlandırmağa başladı. Beləliklə, Azərbaycan-İran sərhədinin çəkilməsi iki ölkənin münasibətləri arasında yeni bir səhifə oldu. Azərbaycanın isə bütün sərhədləri boyunca suverenliyini bərpa etməsinin tərkib hissəsi oldu"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top