Kolbasa kimi məhsullar necə istehlak edilməlidir? — Qida eksperti açıqladı

GÜNDƏM 22 oktyabr 2024, 19:52
Mağazalarda minbir adla fərqli növlərdə işlənmiş ət çeşidləri mövcuddur. Ən çox istehlak edilənlər kolbasa və sosisdir. Tələbatın çox olması səbəbindən firmalar məhsulların hər növünü satışa çıxarmağa çalışırlar. Bu cür məhsullar doyumluluq və zəmana qənaət baxımından işə yarayır. Sağlamlıq baxımından bu cür məhsullar necə istehlak edilməlidir? 

Demokrat.az-ın sualına qida məsələləri üzrə ekspert Ağa Salamov cavab verib: 

"Kolbasa və sosis kimi məmulatlar delikates şəklində istifadə edilsə, daha yaxşı olar. Orqanik kolbasalar, sucuklar var. Söhbət bunlardan getmir. Onların saxlanma müddəti də azdır. Məsələn, Azərbaycanda ət işi ilə məşğul olan elə şirkətlər var ki, kolbasa kimi məmulatları orqanikdir. Həmin məhsulların istehsalında kimyəvi qatqılardan istifadə olunmur. Saxlanma müddətinin bitməyinə 3 gün qalmış artıq başqa yerə istifadə üçün verilir.  Restoranlarda belə məhsullar səhər yeməklərində, pizzalarda istifadə edilir. Vaxtı keçmədən istifadəyə verilir".

Ekspert qeyd edib ki, elə yerlər də var ki, E621, dadlandırıcı, rəngləndirici, rəngqoruyuculardan istifadə edilir ki, xarab olmasın:

" Məhsulun vitrin ömrü uzansın. Bu cür məhsullardan toyda, nişanda delikates kimi istifadə edə bilərsiniz. Bayramlarda 1-2 dilim yemək olar. Ancaq, gündəlik, mütəmadi olaraq istehlakı çox zərərlidir. Ürək, qan-damar sistemi də başda olmaqla, mədə-bağırsaq sisteminin florasına kəskin mənfi təsir göstərir".


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top