“Avtobuslar digər zolaqlara keçəndə cərimələnir?”

GÜNDƏM 22 oktyabr 2024, 22:30

"Onsuz da paytaxt yollarında çəkilən zolaqlarla bağlı xeyli tıxaclar olur. Velosiped zolaqlarından hələ də bir nəfərin istifadə etdiyini görməmişəm. Velosipedləri görürəm, amma sürənləri yox".

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. Aparıcı sərnişin avtobuslarının onlar üçün ayrılan xüsusi zolaqdan kənar hərəkət etdiklərini bildirib:

"Bir də görürsən ki, avtobuslar öz zolaqları ilə getməli olduğu halda digər zolağa keçirlər. Avtobus zolağına sən keçəndə neçə qat cərimə olunursan. Amma avtobus digər zolaqlara keçəndə cərimələnir? Bizim bundan xəbərimiz olmur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top