Azərbaycan XİN fransalı nazirin yalanlarına cavab verib

GÜNDƏM 22 oktyabr 2024, 23:26

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.

Bu, A.Hacızadə bununla bağlı “X”dəki hesabında yazıb.

“Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik, beynəlxalq hüquqa və ədalətə sadiqliyimizi bəyan etmək üçün onlara uyğun hərəkət etməliyik”, - A.Hacızadə vurğulayıb.

Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top