Bu şəhərdə Rusiya konsulluğunun iş icazəsi ləğv edilib

DÜNYA 22 oktyabr 2024, 21:45
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunun fəaliyyətinə icazəni ləğv edib.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskiyə istinadən yazır.

“Mən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyəti ilə bağlı razılığımı geri götürmək qərarına gəldim. Konsulluğun əməkdaşları Polşa ərazisində qalarsa, arzuolunmaz şəxslər kimi tanınacaqlar”, - deyə nazir bildirib.

O, qərarını Rusiyanın Varşavaya görə, Polşa da daxil olmaqla Qərb ölkələrinə qarşı “hibrid müharibəsi” aparması və Polşa ərazisində təxribat törətmək cəhdlərinin arxasında durması ilə əsaslandırıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top