Türkiyədə sahibkar Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası keçirib — FOTO

DÜNYA 22 oktyabr 2024, 08:36

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mobil telefon xidmətləri göstərən Süleyman Bayrak FETÖ lideri Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası həyata keçirib.

Demokrat.az  bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Belə ki, o, iş yerinin pəncərəsindən "FETÖ lideri və terror təşkilatının lideri Gülənin ölümü şərəfinə 25 faiz əlavə endirim" yazısını asaraq müştərilərin diqqətini cəlb etməyə çalışıb.

Məlumat üçün əlavə edək ki, Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən bu gün Pensilvaniyada 83 yaşında vəfat edib.

 

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top