Moldovada Avropaya inteqrasiya ilə bağlı referendumun yekun nəticələri açıqlanıb

DÜNYA 21 oktyabr 2024, 20:59
Ölkə vətəndaşlarının 50,46%-i Moldova Konstitusiyasına Avropa İttifaqına daxil olmaq siyasətinin  daxil edilməsinin lehinə, 49,54%-i isə əleyhinə səs verib.

Demokrat.az
bu barədə protokolların 100%-ni elan edən Moldova Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.

Hələ bütün protokollar işlənməmişdən əvvəl, Moldovanın hazırkı prezidenti Maia Sandu vətəndaşların əksəriyyətinin Avropa yolunu dəstəklədiyini bildirmişdi. 

Eyni zamanda, bir sıra ekspertlər ötən prezident seçkiləri və referendumu Moldova hakimiyyəti üçün uğursuzluq hesab edirlər. Politoloq Pyotr Kolçinin fikrincə, Avropada səsvermənin nəticələri “şokedici” hesab edilib . O qeyd edib ki, Sandu və onun tərəfdarları genişmiqyaslı piar kampaniyası aparıblar və qüvvələrini “Avropa yolu”nun əleyhdarlarını sıxışdırmağa yönəldiblər, lakin təzyiqlər altında belə sakinlərin yarısı Avropaya inteqrasiyanı dəstəkləməyib, bu da Avropaya inteqrasiya haqqında çox şey deyir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top