Vəkil: "Borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır, canı ilə yox"

GÜNDƏM 22 oktyabr 2024, 19:25
Külli miqdarda borcu olan vətəndaşlar hər zaman məsələnin necə həll yolunu tapacağını düşünür. Düşünməyənlər isə problemin məsuliyyətindən boyun qaçırmağa çalışırlar. Borc məsələsi həm borclunu həm də, borc verəni narahat edən məsələlərdən biridir. Məhkəmənin belə hallarda qərarı necə olur?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a danışıb:

"Vətəndaşlardan biri mənə müraciət etmişdi ki, tanışlardan birinin ona 25.000 manat borcu var. Məhkəməyə müraciət etsə, borc aylıq taksitlərə bölünə bilərmi?Ümumiyyətlə bu cür suallar mənə çox verilir. Məhkəmə heç zaman borcu taksitlərə bölmür. Əgər iddianız sübuta yetirsə, məhkəmə borcverənin iddiasını tam təmin edir. Lakin icra mərhələsində borclunun bank hesabında pulu, əmlakı yoxdursa, ödənişi aylıqlara böldürməklə ödəyə bilər"

Vəkil qeyd edib ki, borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır, canı ilə yox:

"Borclunun əmlakı yoxdursa, aylıq hissəli ödəniş edirsə, icra məmuru onu heç bir məsuliyyətə cəlb edə bilməyəcək. Əmlakı (maşın, ev, torpaq sahəsi və.s) varsa, tutanaq həmin əmlaka yönəldilir, borcunuz tam şəkildə ödənilir". 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top