ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək

DÜNYA 22 oktyabr 2024, 20:06
ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.

Demokrat.az
xəbər verir ki , bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Gələn həftə biz Kremlin döyüş maşınına imkan verənlərə, o cümlədən üçüncü ölkələrdəki etibarlı şəxslərə qarşı güclü yeni sanksiyaları açıqlayacağıq”, - deyə Yellen bildirib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayınmaqla mübarizəni davam etdirir.

Dünən məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı Rusiyanın enerji ixracına, əsasən mayeləşdirilmiş təbii qaza (LNG) qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvar ayından sürətləndirilmiş templə başlayacaqlar.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top