Çin prezidenti Çin və Rusiya arasındakı münasibətləri dəyərləndirib

DÜNYA 22 oktyabr 2024, 21:59
Çin və Rusiya arasında münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib.

Demokrat.az  xəbər verir ki, bunu BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə Çin prezidenti Si Cinpin bildirib.

“Biz böyük dövlətlər arasında münasibətləri bloklara qoşulmamaq, qarşıdurmaya qoymamaq və üçüncü tərəflərə qarşı yönəlməmək prinsipləri əsasında qurmaq üçün düzgün yol tutmuşuq. Yeni dövrdə siz və mən həmişə Çin-Rusiya münasibətlərinə daha çox diqqət yetiririk və onları şəxsi nəzarətimizdə saxlayırıq”, - deyə Çin Xalq Respublikasının sədri bildirib.

Si Cinpin qeyd edib ki, son 10 ildə Çin və Rusiya arasında münasibətlər beynəlxalq vəziyyətin çağırışlarını dəf edib və bunun sayəsində onlar görünməmiş xarakter alıb. Siyasətçinin sözlərinə görə, hazırda ölkələr bütün sahələrdə əməkdaşlığı gücləndirmək və genişləndirməkdə davam edir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top