"Qiymətdə də, keyfiyyətdə də uduzacaqlar..." — Spirtli içkiləri ucuz satanlar cərimələnəcəklər

SOSİAL 22 oktyabr 2024, 18:12
Azərbaycanda bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilir. Qanunun qüvvəyə minməsindən sonra alkoqollu içkilərin minimum qiymətdən ucuz satılması qadağan ediləcək. Qanuna əməl etməyınlərsə cərimələnəcək. 

Qərarı dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, bu qərar bütün hallarda istehlakçıların zərərinədir:

“Yəni bununla heç də zərərli içkilərin istehlak edilməsinin qarşısı alınmayacaq. Saxta alkoqollu içki istehsal edənlər də qiyməti qaldıracaqlar, deyəcəklər ki, biz hökumətin qərarına riayət edirik. Qazanan saxta içki istehsal edən sahibkarlar olacaq, alıcılar isə həm qiymətdə, həm də keyfiyyətdə uduzacaqlar. Buna görə də ciddi monitorinqlər aparılmalıdır, qiymətlə bərabər keyfiyyətin artırılması da önə çəkilməlidir.

Bir neçə il əvvəl bu sahədə vəziyyətin bərbad olmasını DİN yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi masanın üzərinə qoydu. Düşünürəm ki, bu qurum monitorinqləri davam etdirməlidir. Bundan başqa, spirtli içki istehsalı üçün lisenziyalar ləğv olunub. Bundan sonra çox sayda araq istehsalçıları meydana çıxıb, amma keyfiyyətli məhsul istehsal edilməyib heç də. Keyfiyyətli istehsalçılar da uduzacaqlar. Necə deyərlər, bu, saxtakarın ocağına neft atmaqdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top