Bakalavr təhsili 3 ilə endirilə bilər — AÇIQLAMA

SOSİAL 22 oktyabr 2024, 16:40
Ali təhsil haqqında qanunun yaxın zamanlarda qəbul edilməsi gözlənilir. Qanun layihəsi artıq bir neçə ildir ki, müzakirə olunsa da təsdiqləməyi gecikir. Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsi daxil edildi. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında “Ali təhsil haqqında” qanunun qəbul edilməsinin vacib olduğu dedi:

“Ali təhsillə bağlı məsələlər “Təhsil haqqında” Qanuna əsasən tənzimlənir. Ali təhsillə bağlı qanun layihəsi bir neçə ildir ki, müzakirə olunur, amma qüvvəyə minməsi gecikir. Ümid edirəm ki, bu il sözügedən qanun təsdiqlənər. Ali təhsillə bağlı qanunda müəyyən müddəalar bəzi ali təhsil müəssisələri üçün istiqamətverici ola bilər. Detallar ictimaiyyətə açıqlanmır, amma biz istərdik ki, qanunvericilikdə xüsusi hallar nəzərə alınsın. Daha çox tələbənin dövlət sifarişi əsasında ali təhsil alması mümkün olsun. Qanunvericilikdə müvafiq limit təyin edərək müəyyən baldan yuxarı  bal toplamış abituriyentlər ödənişsiz təhsil alsınlar. Tələbələrin təcrübə keçmək imkanları 2-3-cü kursdan olsun, 1-2 il təcrübə keçsinlər. Qeyri-ixtisas fənləri ləğv olunsa, daha məqsədəuyğun olar. Yalnız ixtisas fənləri keçilərsə, tədris müddətini 3 ilə də endirmək olar. 

Universitetlərin özlərinə müəyyən sərbəstlik verilə bilər. Bəzi universitetlərə hüquqi şəxs statusu verildi. Düşünürəm ki, bu statusun verilməsindən sonra qanunvericilikdə onların hansı müəssisələrlə əməkdaşlıq edə biləcəyi göstərilər. Bu əməkdaşlıqlardan əldə olunan gəlirləri universitetlərin inkişafına xərcləmək olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top