Deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında yeni əkilən ağaclara qulluq edilmədiyini deyib. Problemə diqqət çəkən millət vəkili bildirib ki, müxtəlif qurumlar ağac əkir, ancaq ona qulluqla bağlı heç bir öhdəlik götürmür. N.Həmzəyev ağacların əkilməsi ilə bağlı bir sistem yaradılmasını təklif edib: “Ağac əkildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mütləq məlumat verilsin. Əkilmiş ağac qeydiyyata alınsın. Bu gün Gəncədə 50 illik ağaclar var ki, heç kim onları suvarmır, qulluq etmir. Söhbət həyətlərdə əkilmiş ağaclardan gedir, aidiyyəti qurumlar onları suvarmır. Soruşanda deyirlər ki, bizim balansımızda deyil. Vətəndaşlar da su pullu olduğu üçün sulaya bilmirlər", - deyə deputat fikrini tamamlayıb.
Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar Demokrat.az-a açıqlamasında deyib ki, ağac tingləri əkildikdən sonra onlara qulluq edilməlidir:
“Dəfələrlə müşahidə edirik ki, ağac tingləri əkildikdən sonra quruyur. Ağacların əkildiyi sahənin hansı quruma aid olması əvvəlcədən dəqiqləşdirilməlidir, çox güman ağacı əkən bunu bilir. Həmin qurum ağaca qulluq etməyi öz üzərinə öhdəlik kimi götürməyəcəksə, oraya ağac əkilməsi əlbəttə ki, doğru deyil. Ağac əkənlər könüllü şəxslərdir, onların əməyi alqışlanmalıdır, amma qulluq etmək işi onların vəzifəsi deyil. Elə hansı ərazinin hansı qurumun, bələdiyyənin, icra hakimiyyətinin balansında olması da Milli Məclisdə müzakirə edilməlidir.
Ağac əkiləndən sonra ona qulluq olunmayanda insanların əziyyəti hədər olur. Tingləri yetişdirmək də əziyyətli işdir, buna pul ayrılır. Bu məsələ qanun yolu ilə həll edilməlidir”.
Törə Zeynallı
Demokrat.az