DÇ-2026: Niderland Finlandiyanı məğlub etdi

İDMAN 08 iyun 2025, 08:39
Futbol üzrə 2026-cı il Dünya çempionatının seçmə mərhələsinin 3-cü turu çərçivəsində Niderland millisi Finlandiya seçməsinin qonağı olub.

Demokrat.az xəbər verir ki, komandalar Helsinki Olimpiya Stadionunda üz-üzə gəliblər.

Qarşılaşma qonaqların 0:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Altıncı dəqiqədə Memfis Depay matçda hesabı açıb. 23-cü dəqiqədə isə Denzel fərqi artırıb.

Hazırda Finlandiya üç oyundan dörd xalla G qrupunda ikinci yerdə qərarlaşıb. Niderland seçmə turnirdə ilk oyununu keçirərək ilk üç xalı qazanıb və üçüncü yerə yüksəlib. Polşa yığması iki oyundan sonra altı xalla qrupa başçılıq edir.

Turun bugünkü digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib:

Bosniya və Herseqovina - San Marino - 1:0;

Avstriya - Rumıniya - 2:1;

Malta - Latviya - 0:0;

Andorra - İngiltərə - 0:1;

Albaniya - Serbiya - 0:0.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyun 2025, 11:27
08 iyun 2025, 10:39
Top