“Həqiqətən də, üzücü bir haldır. Müəllim cəmiyyətə nümunə olmalıdır, onun davranışları təkcə məktəblə yekunlaşmamalıdır. Müəllimin davranışları cəmiyyətdə müəllimin nüfuzunun artırılmasına xidmət etməlidir. Çox ürək ağrıdan görüntülərdir. Bəzən biz fərqində olmuruq, elə bilirik, sıradan bir hadisədir. Görün, biz nə qədər direktorların, müəllimlərin bu cür qeyri-etik davranışlarını müşahidə etmişik. Bunlar sıradan hadisələr deyil”.
Bunu Demokrat.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, son illərdə müəllimin cəmiyyətdə nüfuzu ciddi şəkildə azalıb:
“O vaxt müəllim düşünərdi ki, onun siqaret çəkməsi şagirdlərin ona oxşamasına, onun hərəkətlərini təlqin etməsinə səbəb ola bilər. Müəllimlər davranışları ilə bir nümunə idilər. Təəssüf ki, son illərdə bu dəyərlər aradan qalxıb. Bu dəyərlərin aradan qalxması ilə müəllimin nüfuzu ciddi zədə alır.

Artıq cəmiyyətin özündə də müəllimlərə əvvəlki münasibəti görmürük, burada müəllimlərin özünün günahı var, səhvləri var. Bu münasibətin formalaşmasının səbəbi müəllimlərin özüdür. Çox ayıbdır müəllim adına, onların şəxsiyyətinə yaraşmayan hərəkətdir. Bayramlarda müəllimlərin uşaqlardan pul yığdığını görürük, necə oldu ki, müəllimlər özünü bu səviyyəyə çatdırdı?
Hesab edirəm ki, sərt münasibət olmalıdır. Belə insanlar təhsildə ola bilməz, təhsildə ən nümunəvi insanlar olmalıdır”.
Xatırladaq ki, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb. Video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cavidan Mirzəzadə
Demokrat.az