11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA

SOSİAL 07 iyun 2025, 20:54
Azərbaycanda doqquzillik ümumi orta təhsil mərhələsi qanunvericiliklə məcburi hesab olunduğuna görə, müəyyən yaş həddinə çatan hər bir şəxsin məktəbə cəlb olunması nəzərdə tutulur. Lakin bu tənzimləmələrə baxmayaraq, həmin mərhələni başa vuranların yalnız az bir qismi təhsillərini növbəti pillələrdə tam orta və ya peşə təhsili səviyyəsində davam etdirir.

Demokrat.az
xəbər verir ki, modern.az-ın Dövlət İmtahan Mərkəzinin jurnalından əldə etdiyi məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 86 836 şagird ərizə verib ki, bu da 2013-cü ildə birinci sinifə gedən 135 min 681 şagirdin təxminən 64 faizini təşkil edir. Bu şagirdlərin 9 min 413-ü orta ixtisas təhsil müəssələrinə, 44 min 471-i isə ali məktəblərə qəbul olunub.

Ümumilikdə 2013-cü ildə birinci sinifə gedənlərin 34,7 faizi ali məktəblərə, 8,3 faizi kollec və texnikumlara, 8,6 faizi peşə məktəblərinə qəbul olunub. Onların 21,5 faizi ali və orta məktəblərə qəbul oluna bilməyib, 10 faizi isə ali və ora ixtisas təhsilini davam etdirmək üçü ərizə verməyib.

9-cu sinifdən sonra təhsilini davam etməyənlərin sayı 13, 8 faizdir. 9-cu sinifdə haqqında məlumat olmayanlar isə 2013-cü ildə məktəbə gedənlərin 3,2 faizini təşkil edir.

Onu da qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd verməyənlərin 69 faizi oğlan, 39 faizi qızdır. Təhsilini davam etdirməyənlərin 75 faizi kənd, 25 faizi isə şəhər məktəblərinin məzunlarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 21:02
Top