Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Ölkə.Az-a verilən məlumata görə, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 7-də, saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Demokrat.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", məlumatda deyilir.
***
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Demokrat.az APA-a istinadən xəbər verir ki, hadisə Böyük Şor gölü yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Mercedes" və "Volskwagen" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır.