Qurban bayramı Azərbaycanda hər il geniş şəkildə qeyd olunur və ölkənin dini-mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir. İmkanı olan müsəlmanlar bu gündə şəriətə uyğun olaraq qoyun, keçi, dana və ya öküz kimi heyvanlar kəsir, ətlərini ehtiyacı olanlarla bölüşürlər. Bayram həm də birlik, paylaşma və xeyirxahlıq dəyərlərinin təcəssümüdür. Bu münasibətlə məscidlərdə bayram namazı qılınır, dualar edilir, insanlar bir-birinə təbriklər ünvanlayırlar.

Demokrat.az bayramla bağlı ilahiyyatçı Ağa Hacıbəylinin fikirlərini öyrənib.
O deyib ki, İslam dünyasında bayramların xüsusi yeri vardır:
“Bu bayramlara vaxtında və layiqli şəkildə hazırlıq görülməsi bir müsəlmanın mənəvi borcudur. Qurban bayramı, Allaha yaxınlaşmaq, insanlara yardım etmək və paylaşmaq kimi yüksək dəyərləri özündə cəmləyən əziz bir gündür. Qurbanlıq heyvan seçilərkən onun sağlam, yaraşıqlı və qüsursuz olması əsas şərtlərdəndir. Ən gözəl, ən sağlam və ən layiqli heyvan seçilərək Allah üçün qurban verilməlidir. Ölkəmizdə daha çox qoyun, keçi və dana kimi heyvanlara üstünlük verilir. Həmçinin şəriət baxımından bu heyvanların müəyyən yaş həddini keçməsi məsələn, qoyun və keçinin bir yaş, dananın isə iki yaşdan yuxarı olması vacib sayılır”.
İlahiyyatçı əlavə edib ki, qurban kəsildikdən sonra onun paylanması da xüsusi əhəmiyyət daşıyır:
“Şəriətə görə, qurban üç hissəyə bölünür: bir hissəsi ailəyə, bir hissəsi qonşulara və tanışlara, üçüncü hissəsi isə ehtiyacı olanlara verilir. Əgər imkan varsa, insan öz payından da keçərək ehtiyac sahiblərinə daha çox pay ayıra bilər. Bu, Allahın rızasını qazanmaq baxımından çox qiymətlidir. Qurbanın ruhunda paylaşmaq və yaxınlıq var. Allah Təala Qurani-Kərimdə buyurur ki, "Kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatmaz. Allaha yalnız sizin təqvanız qəlbinizdəki ixlas və niyyət çatar". Bu ayə göstərir ki, qurban ibadəti fiziki bir əməl deyil, əsas niyyət və qəlbi səmimiyyətlə bağlıdır”.
A.Hacıbəyli nəzir qurbanı ilə Qurban bayramı qurbanı arasında fərqə də toxunub:

“Nəzir qurbanı adətən şəri niyyətlə edilən və yalnız sədəqə kimi paylanılan qurbanlardır və ailə bu ətdən yeməz. Lakin Qurban Bayramında kəsilən "İsmail qurbanı" həm ibadət, həm də sosial paylaşım xarakteri daşıyır və ondan ailə də istifadə edə bilər. Nəzir qurbanı ilə bağlı bizim fiqh məktəblərində müəyyən fərqli yanaşmalar mövcuddur. Bu baxış fərqləri xüsusilə bayram günlərində kəsilən nəzir qurbanlarına münasibətdə ortaya çıxır. Cəfəri məzhəbində belə bir fikir var ki, əgər şəxs öncədən niyyət edibsə və bu niyyəti zamanı qurbanın ətindən özü də yemək istədiyini bildirmişsə, həmin qurbanın ətindən özü də yeyə bilər. Yox əgər belə bir niyyət etməyibsə, o zaman ət tamamilə paylanmalıdır. Yəni niyyət qurbanın istifadəsi ilə bağlı əsas meyardır. Əhli-sünnə məzhəblərində isə fərqli mövqe mövcuddur: burada nəzir qurbanının ətindən yeyilməsi ümumiyyətlə caiz sayılmır. Əgər yeyilərsə, o zaman yeyilən miqdar qədər sədəqə verilməsi vacib olur. Bir sözlə, Qurban bayramı sadəcə bir ənənə deyil, ruhani təmizlənmə, Allaha yaxınlaşma və cəmiyyətlə mənəvi bağların möhkəmləndirilməsi üçün bir fürsətdir. Allah kəsilən bütün qurbanları qəbul etsin”.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı Vüqar Səmədov bildirib ki, Qurban bayramı İslam dünyasının mühüm mərasimlərindən biridir.

“Bu bayram Həzrət İbrahim oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olması ilə bağlı əlamətdar hadisəni xatırladır. Səhər saatlarında məscidlərdə bayram namazı qılınır, daha sonra isə qurbanlıq heyvanların kəsiminə başlanılır. Qurban yalnız bayram namazından sonra kəsildikdə dini baxımdan keçərli sayılır. Qurban bayramı 3 gün Zilhiccənin 10, 11 və 12-ci günləri ərzində qeyd olunur. Bəzi dini mənbələrə əsasən, Zilhiccənin 13-cü günü də qurban kəsilməsi mümkün hesab olunur. İslam qaydalarına görə, maddi imkanı olan hər bir müsəlmana qurban kəsmək vacibdir. Qurban kəsmək üçün insanın borcsuz şəkildə, əsas ehtiyaclarından artıq olaraq, təxminən 80–90 qram qızıl təxminən 14 min manat dəyərində sərvətə sahib olması tələb olunur. Kəsilən heyvanın sağlam və şəriətə uyğun olması vacib şərtlərdəndir”.
İlahiyyatçı qurban üçün uyğun olan heyvanları sadalayıb:
“Qoyun və keçi ən azı 1 yaşlı olmalı və yalnız bir nəfər üçün kəsilə bilər. Dana və inək ən azı 2 yaşında olmalı və 7 nəfər ortaq ola bilər. Dəvə ən azı 5 yaşında olmalı və 7 nəfər ortaq ola bilər. Kor, topal, xəstə, həddindən artıq arıq və ya orqanlarında ciddi qüsuru olan heyvanların qurban olaraq kəsilməməlidir. Qurban bayramının əsas mahiyyətlərindən biri də paylaşmaqdır. Dini ənənələrə görə, qurbanlıq ət üç hissəyə bölünür: bir hissəsi ailədə qalır, digər hissəsi qohum və tanışlara paylanır, üçüncü hissəsi isə ehtiyacı olanlara verilir. nəzir qurbanı isə yalnız fəqirlərə paylanmalı və kəsən şəxs onun ətindən yeməməlidir. Qurban bayramı ölkə boyunca xeyirxah ənənələrin yaşadıldığı, ehtiyacı olanlara yardımın göstərildiyi, birlik və həmrəyliyin gücləndiyi gün kimi dəyərləndirilir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.