Uzun illərdir ki, cəmiyyətdə qadına qarşı şiddət mövzusu gündəmdədir və bu halların qarşısının alınması üçün müxtəlif sosial çağırışlar edilir. Lakin son dövrlərdə fərqli bir mənzərə də ortaya çıxır – ailə içində zorakılığa məruz qalan təkcə qadınlar deyil, kişilər də bu problemdən əziyyət çəkirlər. Artıq bəzi qadınlar da öz ərlərinə qarşı fiziki və psixoloji zorakılıq göstərir. Bu hallar isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır, çox zaman ya zarafat kimi qəbul olunur, ya da ciddi problem kimi görülmür.
Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, zorakılıq cinsə baxmır, amma cəmiyyətə baxır:
“Kişilərin ailədaxili zorakılığa məruz qalması yeni bir fenomen deyil, sadəcə olaraq bu uzun müddət görünməz idi. Daha dəqiq desək, görünməməsi “kişilik” adına daha münasib sayılırdı. Sosial rolların sərt cızıldığı patriarxal cəmiyyətlərdə kişi həm güclü, həm susqun, həm də dözümlü olmalıdır. Yəni, psixoloji və ya fiziki zorakılığa məruz qalan kişi bir növ “kişiliyinə xələl gətirir”, hansı ki, bu bəzən zorakılıqdan da ağır bir şey olaraq qəbul edilir. Sosial həyatlarımız bir səhnədir. (Erving Goffman-ın dili ilə desək) O cümlədən, ailə də bir səhnədir, kişi isə orada “güclü fiqur” rolunu ifa edir. Bu roldan çıxmaq, yəni zəiflik göstərmək, zorakılığa məruz qalmaq, sanki tamaşanın qaydalarını pozmaqdır. Nəticədə kişilər şiddətə məruz qaldıqda ya bunu inkar edir, ya da bunu zarafata çevirirlər. Halbuki, məsələ zarafata salınası məsələ deyil”.
Sosioloq əlavə edib ki, kişilərə qarşı qadın şiddətinin artması həm də dəyişən gender münasibətlərinin nəticəsidir:
“Qadınların daha müstəqil, dominant və öz emosional sərhədlərini güc hesabına qorumağa çalışan fiqurlara çevrilməsi bəzi hallarda zorakı davranışlarla nəticələnə bilir. Lakin bu zorakılığı “qadınlar da şiddət göstərir” deyərək qadınlara qarşı zorakılığın legitimləşdirilməsi üçün bəhanə olaraq istifadə etmək də qeyri-etik və təhlükəlidir. Məsələ birinin digərinə qarşı deyil, zorakılığın özünə qarşı mübarizədir. Cəmiyyətdə bu halların ciddi qəbul edilməməsi isə həm hüquqi sistemin, həm də ictimai şüurun hələ də gender rollarına əsaslanmasından irəli gəlir. Problemin görünməməsi, onun olmaması demək deyil. Sadəcə olaraq, bu problem səhnədə yox, kulisdə oynanılır. Amma sosial tamaşa həmin tamaşadır və hələ də həmin rollar üzrə aktyorlar öz üzərlərinə düşən vəzifələri icra etməyə davam edirlər”.
Leyla Turan
Demokrat.az