Məşhur aktyor və restler Halk Hoqan vəfat edib

DÜNYA 24 iyul 2025, 20:30
Amerikalı aktyor və restler Halk Hoqan 71 yaşında vəfat edib.

“Report” xəbər verir ki, onun vəfat etdiyi haqqında TMZ məlumat verib.

“Halk Hoqan Florida ştatının Kliruoter şəhərindəki evində infarkt keçirərək 71 yaşında vəfat edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, çağırış əsasında polis və tibb işçiləri onun evinə gəlsə də, aktyor artıq keçinmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top