“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” — Tramp

DÜNYA 25 iyul 2025, 19:32
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını rədd edib.

Bu barədə “Qafqazinfo” “Reuters” agentliyinə istinasən xəbər verir.

“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.

Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top