ABŞ-də polis adi diş məcununa görə yolu bağladı

DÜNYA 26 iyul 2025, 08:51
ABŞ-nin Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, buna yola tökülən diş məcunu səbəb olub.

Hadisə şahidləri yoldan nanə qoxusu gəldiyini, yol səthinin sürüşkən olduğunu bildiriblər.

Sürüşkən yol səbəbindən kiçik yol-nəqliyyat hadisələri baş verib və sürücülər bu barədə yerli polisə məlumat veriblər.

Əraziyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları yolun səthində diş məcunu izləri aşkarlayıblar.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top