Moskvada azərbaycanlı iş adamının ofisinə hücum: Milyarder Bakıya gəldi

DÜNYA 26 iyul 2025, 11:06
"Rusiyanın neft məhsullarını daşıyan "Railgo" şirkətində axtarışların aparılması barədə məlumat doğrudur".

Bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.

Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan "Railgo"nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.

Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.

Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top