İsrail ordusu "Hizbullah"ın komandirlərindən birini məhv etdiyini açıqlayıb

DÜNYA 26 iyul 2025, 20:56
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatının yüksəkvəzifəli qərargah komandirini məhv etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti öz "Telegram" kanalında məlumat yayıb.

"SAXAL Livanın Bint-Cbeyl bölgəsinə zərbə endirərək "Hizbullah" təşkilatının qərargahının komandiri Əli Əbdül-Qadir İsmayılı məhv edib", - deyə məlumatda bildirilir.

SAXAL-ın məlumatına görə, məhv edilən komandir Bint-Cbeildə "Hizbullah"ın gücünü bərpa etmək cəhdlərində iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top