
Şotlandiyada yüzlərlə insan ABŞ Prezidenti Donald Trampın səfərinə etiraz olaraq küçələrə çıxıb.
Bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Məlumata görə, insanlar Edinburq və Aberdin şəhərlərində toplaşıblar. Etirazçılar ABŞ liderinə qarşı şüarlar yazılmış plakatlarla yanaşı, əllərində Fələstin bayraqları da tutub və Qəzza zolağının azad edilməsini tələb ediblər.
Xatırladaq ki, Tramp iyulun 25-də Şotlandiyaya gedib. Ağ Ev rəhbəri orada iyulun 29-dək qalmaq niyyətindədir.
Ağ Ev daha əvvəl bildirib ki, Tramp ticarət razılaşmasını müzakirə etmək üçün Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi planlaşdırır.(Report)