Orban: "Brüssel alt-üst edilsə belə, Ukrayna Avropa İttifaqına qəbul edilməməlidir"

DÜNYA 26 iyul 2025, 20:00
"Ukraynanı Avropa İttifaqına (Aİ) və NATO-ya cəlb etmək üçün növbəti cəhdlər Qərblə Rusiya arasında güc balansının pozulmasına gətirib çıxaracaq və Moskvanın cavab addımlarına səbəb olacaq".

Oxu.Az-ın M1 telekanalına istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü irəli sürülərsə, o zaman alyansın üzvləri "həmişə ekzistensial böhran içində" olacaqlar.

Orban bildirib ki, eyni səbəbdən Ukrayna Aİ-yə də qəbul edilməməlidir, çünki bu, Rusiya ilə də müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, bütün Brüssel alt-üst edilsə belə, buna yol vermək olmaz.

Qeyd edək ki, daha əvvəl də Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukraynanı Aİ və NATO-ya qəbul etmək cəhdləri Avropa ilə Rusiya arasında birbaşa silahlı münaqişəyə gətirib çıxaracaq və faktiki olaraq üçüncü dünya müharibəsinə səbəb olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top