Türkiyə S-400-lərlə bağlı iddialara CAVAB VERDİ

DÜNYA 18 sentyabr 2025, 14:22
Türkiyə Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri hələ də ölkənin silahlı qüvvələrinin arsenalındadır və mövcud vəziyyətdə heç bir dəyişiklik yoxdur.

Musavat.com xəbər verir ki, son günlər bəzi KİV-lərdə yayılan məlumatlarda Ankaranın S-400 sistemlərindən imtina edə biləcəyi, hətta onları başqa ölkəyə satacağı iddia olunurdu. Belə iddiaları gündəmə gətirənlərdən biri də “Nefes” qəzetinin köşə yazarı Murat Gürgən olub.

Qeyd edək ki, Türkiyənin S-400 alışı 2019-cu ildə NATO daxilində gərginlik yaratmış, ABŞ isə bu səbəbdən Ankaranı F-35 proqramından çıxarmışdı. Lakin rəsmi Ankara dəfələrlə bəyan edib ki, S-400 ölkənin milli müdafiə strategiyasının vacib elementidir və ondan imtina nəzərdə tutulmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
Top