“Bu gün Musiqi Günüdür. Bu gün çox özəl gündür, çünki Üzeyir Hacıbəyovun 140 yaşı olur. Bu il Üzeyir ilidir və bütün konsert salonlarında onu yad edirlər”.
Bunu Demokrat.az-a açıqlamasında məşhur bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib. O bildirib ki, Üzeyir bəy böyük musiqiçi, Azərbaycan musiqisinin banisi olmaqla yanaşı, çox gözəl, müasir bir adam olub:
“Dramaturq, yazıçı olub. Bilirsiniz ki, o, yazdığı komediyaların librettonusunu da özü yazıb, belə geniş istedadlı adam olub. 1940-cı ildə bu komediyaları xaricdə kimsə öz adından yayımlamaq istəyib. Dövlət adamları, hətta Stalin bu işə qarışıb. Hər yerdə elan ediblər ki, "O olmasın, bu olsun", "Arşın mal alan", "Koroğlu" əsərlərinin hamısı məhz Üzeyir bəyə aiddir.
Üzeyir bəy konservatoriyanın təməlini qoyub, Azərbaycan Bəstəkarlar İttifaqının qurucusu olub. Bu gün korifey adlandırdığımız şəxsiyyətlərin hamısının üzərində Üzeyir bəyin zəhməti böyükdür. Mən inanıram ki, illər keçsə də, biz bu günü qeyd edəcəyik, bir bəstəkar olaraq həmişə o mənim qəlbimdə olacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az