“Bu mövzu ilə bağlı müzakirələr zaman-zaman, xüsusən də hər il yeni tədris mövsümünün başlanğıcında aparılır. Amma reallıq da budur ki, biz bu müzakirələrin tətbiqini, icrasını yox, elə hər il də müxtəlif versiya və mülahizələrini görürük. Hazırda paytaxtda 329 orta ümumtəhsil müəssisəsi var. Bunlar yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələridir. Hələ müxtəlif funksiyalı tədris ocaqları, özəl məktəbləri ümumiyyətlə demirik. Bütün bunlar bir gün ərzində nə qədər şagirdin və bir o qədər də valideynin məktəblərə gediş-gəliş məcburiyyətinin olmasını və nəticədə sıxlıq, tıxac kimi problemlərin daha da kəskinləşməsini göstərir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, biz məktəblərdəki növbəlilik sisteminə çox da toxuna, üçüncü növbə dərslərinin mövcudluğuna inana bilmərik:

“Çünki 3-cü növbə hələlik çox absurd görünür. Məktəbin öz şagirdləri üçün 3-cü növbəni təşkil etmək imkanı sözün fiziki mənasında belə mümkün deyil. Elə olan halda dərslərin 1–2 saat gec başlanması ən optimal variantlardan biri kimi qəbul oluna bilər. Doğrudur, belə olan halda dərslər həm də 1–2 saat daha gec bitəcək və bu, xüsusən də ikinci növbədə təhsil alanlara ciddi təsir göstərəcək. Qarşıdan qış aylarının gəldiyini nəzərə alsaq, dərslərin axşam saat 19:00, yaxud 20:00-dək uzanması halları yarana bilər. Bu, ehtimaldır, amma sabah real problem olaraq yaşansa, artıq ciddi etirazlara səbəb olacaq.
Amma başqa nə etməli? Ən uyğun variantlardan biri də məhz dərslərin məktəblilər üçün 1–2 saat gec başladılması, bununla da onların tıxaclardan, insan sıxlıqlarından müəyyən qədər xilas edilməsidir. Çünki dərslərin başladığı saatda həm iş yerləri, həm bütün ictimai-iaşə obyektləri, bir sözlə, iş gününün özü start götürür. Bu isə bütün proseslərin eyni anda baş verdiyi üçün meydana çıxan xaosun özü deməkdir. Dərslərin 1–2 saat gec başladılması şagirdləri məhz bu xaosdan xilas edə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az